Ərdoğan seçicilərə səsləndi: Gözüyumulu səs verməyin

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan seçicilərə səsləndi: Gözüyumulu səs verməyin

Siyasət

12 Aprel 2023 17:54 647


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 mayda keçiriləcək seçkilərlə bağlı seçicilərə müraciət edib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan vətəndaşlara yüz ölçüb bir biçməyi tövsiyə edib. 

"Nə bizə, nə də rəqiblərimizə gözüyumulu səs verməyin. Hər kəsi tərəzinizlə çəkin, qiymətini verin, sonra seçiminizi edin. Kimi üstün tutduğunuza qərar verin", - deyə Türkiyənin hazırkı prezidenti bildirib. Dominos pizza

Qeyd edək ki, Türkiyədə 14 may tarixində həm prezident, həm də parlament seçkiləri keçiriləcək. 

Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!