Ərdoğan seçki kampaniyasında Qarabağdan danışdı  

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan seçki kampaniyasında Qarabağdan danışdı  

Siyasət

18 Aprel 2023 16:14 640


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 mayda keçiriləcək prezident seçkiləri ilə bağlı aparılan kampaniya çərçivəsində seçicilərlə görüş keçirib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxalifətin ünvanına tənqidlər səsləndirən AKP sədri Qarabağdan da danışıb. 

"Müxalifətdəkilər bizi tənqid etməmişdən qabaq Qarabağa - orada gördüyümüz işlərə baxmalıdırlar", - o qeyd edib.  Dominos pizza

Müxalifətin imperializmlə mübarizə barədə tezislərinə toxunan Ərdoğan imperialistlərlə mübarizəni özlərinin apardığını vurğulayıb: "Biz BMT-də demişik ki, dünya 5-dən böyükdür. İmperialistlərin pul kranını biz kəsmişik", - o qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!