Ərdoğan səhhəti haqda danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan səhhəti haqda danışdı

Siyasət

29 Aprel 2023 22:23 957


Prezident Rəcəb Tayyib Ərdoğan bu gün keçirilən “Texnofest-2023” festivalında səhhəti haqda danışıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, “CNN Türk” kanalının sualına cavab olaraq, Ərdoğan “Allaha şükür, daha yaxşıyam” deyib.

Qeyd edək ki, 25 apreldə yerli kanallara müsahibəsi zamanı Ərdoğan özünü yaxşı hiss etmədiyini bildirmiş və yayım dayandırılmışdı. Az sonra yayım bərpa edilsə də, Ərdoğan izləyicilərdən üzr istəyərək, soyuqladığını demiş və müsahibəni saxlamışdı. Pepperoni pizza

Ərdoğan 3 günlük fasilədən sonra yalnız bu gün ictimaiyyət arasına çıxıb. Bundan öncə Akkuyu AES-ə nüvə yanacağı verilməsi mərasiminə onlayn şəkildə qatılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!