Ərdoğan: “Ukraynada axan qanı dayandırmaq üçün çox çalışdıq”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: “Ukraynada axan qanı dayandırmaq üçün çox çalışdıq”

Siyasət

28 Noyabr 2022 15:05 605


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasındakı münaqişədən danışıb. 

Yenisabah.az-ın məlumatına görə, bölgədə sülh və sabitliyin bərqərar olması üçün də səmimi səylər göstərdiklərini vurğulayan Ərdoğan sözlərini belə davam etdirib:

"Biz ilk gündən Rusiya ilə Ukrayna arasında müharibəni və axan qanı dayandırmaq üçün çox çalışdıq. Hər iki liderlə yaxın dostluğumuzdan istifadə edərək, müxtəlif hallarda Rusiya və Ukrayna hakimiyyətini ölkəmizdə bir araya gətirdik. Toyuqlu pizza

Qara dəniz üzərində “taxıl dəhlizi” və əsir mübadiləsi sazişini reallaşdırılmaqla bu məsələlərin diplomatik həllinin mümkünlüyünü nümayiş etdirdik.

Enerji və ərzaq böhranının bütün dünyaya, xüsusilə də yoxsul ölkələrə təsir etdiyi bir vaxtda Qara dəniz və boğazlar vasitəsilə 11 milyon tondan çox taxıl daşınmasını təmin etdik. İnanırıq ki, “taxıl dəhlizi” dsazişinin uzadılması xüsusilə afrikalı qardaşlarımızın çətinliklərini yüngülləşdirəcək. Ümid edirəm ki, Afrika qitəsinə taxıl daşınmasını həyata keçirərək bu prosesə dəstək verəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!