Ərdoğan və Bayden nə haqda danışıb? - Görüşdən gələn mesaj təşviş yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Bayden nə haqda danışıb? - Görüşdən gələn mesaj təşviş yaratdı

Siyasət

15 Noyabr 2022 23:10 2696


Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında İndoneziyada baş tutan görüş Yunanıstanın diqqətini çəkib.

Yenisabah.az xəbər verir ki, yunan nəşrləri görüşə manşetlərində yer verib.

Liderlərin görüşündə müzakirə olunan hərbi məsələlər qonşu ölkədə təşviş yaradıb. Sezar pizza

“Kathimerini” qəzeti ticarət və təhlükəsizliyin müzakirə mövzuları arasında olduğunu bildirib. Eyni zamanda, nəşrin iddiasına görə, Ərdoğan və Baydenin masasında olan məsələlərdən biri də Türkiyəyə F-16 satışı tələbinin təsdiqlənməsidir.

“Bayden türkiyəli həmkarına Ankaranın F-16 tələbini dəstəklədiyini bildirib”, - qəzet yazır.

Xəbərin davamında görüşün təfərrüatları ilə bağlı “Reuters” və NTV kimi müxtəlif mənbələrin məlumatlarına diqqət çəkilib.

“Ta Nea” da Türkiyə və ABŞ liderlərinin görüşünü manşetində yer verən nəşrlər arasındadır. “Kathimerini” kimi “Ta Nea” da F-16 ilə bağlı “Bu iki adam nə haqda danışdılar” sualına cavab axtarmağa çalışıb.

G20 sammiti çərçivəsində keçirilən ikitərəfli görüşdə ABŞ Prezidenti Bayden İstanbulda törədilən terror aktında həyatını itirənlərə görə türk həmkarına başsağlığı verib. Bayden Rusiya ilə Ukrayna arasında taxıl dəhlizində problemin həlli və daşınmaların bərpasını təmin etmək üçün göstərdiyi səylərə görə Prezident Ərdoğana təşəkkür edib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!