Ərdoğan və Bayden Qəzzadakı vəziyyəti müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Bayden Qəzzadakı vəziyyəti müzakirə etdilər

Siyasət

14 Dekabr 2023 22:54 498


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, danışıq zamanı İsrail-Fələstin qarşıdurması, İsveçin NATO-ya üzvlüyü, F-16 qırıcıları ilə bağlı məsələlər, eləcə də ikitərəfli əlaqələr müzakirə edilib.

Ərdoğan Yaxın Şərqdə baş verən qarşıdurmanın aradan qaldırılması, bununla əlaqədar təcili atəşkəsin təmin edilməsinin vacibliyini bildirib. pizza mizza

O, bu məsələnin həlli ilə bağlı Türkiyənin təklif etdiyi qarant mexanizminin yaradılmasının önəmini bir daha diqqətə çatdırıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!