Ərdoğan və Putin “Troya”ya baxacaq...

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Putin “Troya”ya baxacaq...

Dünya

09 Aprel 2019 01:17 961


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskvada danışıqlara başlayıblar.

“Yeni Sabah” xəbər verir ki, Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutan görüşdə prezidentlər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər. Bundan əlavə, prezidentlər iki ölkənin işgüzar dairələri ilə görüşəcək, axşam isə Böyük Teatrda Rusiya və Türkiyə qarşılıqlı Mədəniyyət və Turizm İlinin açılışında iştirak edəcək, Ankara Opera və Balet Teatrı artistlərinin ifasında “Troya” operasına tamaşa edəcəklər.

Xatırladaq ki, Türkiyə Prezidenti bu ilin yanvar ayında Moskvada, fevral ayında isə Soçidə rusiyalı həmkarı ilə görüşüb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!