Türkiyə İsrail və Fələstin arasındakı münaqişənin həllində vasitəçi və təminatçı kimi çıxış etməyə hazırdır.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən Dünya Hökumət Sammitində deyib.
“İsrail, əgər həqiqətən də davamlı sülh istəyirsə, ekspansionist siyasətdən əl çəkməlidir. Fələstin dövləti yaradılmadan Fələstin probleminin həlli istiqamətində atılan hər hansı bir addım yarımçıq olacaq. Dominos pizza
Bölgəmizdə sülhə və əmin-amanlığa aparan yol 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövlətinin yaradılmasından keçir. Biz bu prosesin təminatçısı və vasitəçisi kimi məsuliyyəti öz üzərimizə götürməyə hazırıq. Fələstinli qardaş və bacılarımızı heç vaxt tərk etməyəcəyik”, - deyə Ərdoğan bildirib.
Telegram kanalımız