Ərdoğana prezident mandatını Bahçeli verəcək 

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğana prezident mandatını Bahçeli verəcək 

Siyasət

01 İyun 2023 14:11 651


Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan şənbə günü and içəcək. 

Modern.az xəbər verir ki, bu barədə "Habertürk" mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, andiçmə mərasimində "Cümhur İttifaqı"na daxil olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli də iştirak edəcək. Məlumata görə, Ərdoğan mərasimdə prezident mandatını Bahçelinin təqdimatı ilə alacaq. pizza

Xatırladaq ki, adətən andiçmə mərasimlərində mandatı seçkilərin təşkilindən məsul olan qurumun rəhbəri təqdim edir.

Qeyd edək ki, Ali Seçki Komissiyasının seçkilərin nəticəsi ilə bağlı bu gün açıqlanan yekun rəsmi məlumatına əsasən, Ərdoğan 52.18, Kılıçdaroğlu isə 47.82 faiz səs alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!