Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı jurnalistin Qarabağ problemi ilə bağlı sualını cavablandırıb.
“Yeni Sabah” xəbər verir ki, prezident cavabında ermənilərin dərhal işğal olunmuş torpaqları azad etməsinin vacibliyini bildirib.
“Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qərarları var. Bütün bu qərarlarda Qarabağın işğaldan azad edilməsi öz əksini tapıb. Ərazi əsl sahiblərinə verilməliddir. Əsl sahiblər isə azərbaycanlılardır. İşğal ilə heç bir nəticə olmaz. Amma təəssüf ki, mövzu məhz işğaldır. Biz Türkiyə olaraq bu işğala qarşıyıq. Xüsusilə, Amerika, Rusiya və Fransanın bu mövzuda götürdükləri öhdəliyi yerinə yetirmələri lazımdır. Bu vasitəçilər vəzifələrini yerinə yetirməli və tək istədiyim də budur ki, işğal sona çatsın, azərbaycanlılar torpaqlarına qovuşsun”. Dördpendirli pizza
Telegram kanalımız