Ərdoğandan İrəvana xəbərdarlıq: “Bu davranışın nəticələri olacaq”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan İrəvana xəbərdarlıq: “Bu davranışın nəticələri olacaq”

Siyasət

15 Sentyabr 2022 09:15 3258


Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Qardaşım Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına başsağlığı verirəm.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, Ermənistanın təxribatları qəbuledilməzdir.

“Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir”, - Ərdoğan vurğulayıb. Marqarita pizza

Ərdoğan bildirib ki, Ermənistan Qarabağ savaşından sonra imzalanan bəyanatın şərtlərini icra etmir, davamlı olaraq təcavüzkar davranış nümayiş etdirir. Əlbəttə, Ermənistan tərəfi üçün bu davranışın nəticələri olacaq.

“Ermənistanın bu səhv yoldan bir an əvvəl dönməsini, bəyanatın şərtlərini sürətlə icra etməsini, vaxtını və enerjisini sülhü gücləndirmək istiqamətində istifadə etməsini arzulayırıq”, - o qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!