Ərdoğandan İstanbuldakı seçkiyə reaksiya - “Sonadək mübarizə aparacağıq“

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan İstanbuldakı seçkiyə reaksiya - “Sonadək mübarizə aparacağıq“

Dünya

18 Aprel 2019 20:24 1052


 “31 martda keçirilən bələdiyyə seçkilərini uğurla tamamladıq. Seçkilər hüquqi dövlət olan Türkiyədə demokratiya çərçivəsində reallaşdı. Əlbəttə bir sıra fikir ayrılıqları da oldu”.

“Yeni Sabah” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib. O, İstanbuldakı seçki ilə bağlı lideri olduğu partiyanın sonadək mübarizə aparacağını bildirib: 

"Mövzu partiyama gələn zaman niyə narahat olursunuz? Bundan heç kəs narahat olmasın. Yüksək Seçki Kurulu (YSK) nöqtəni qoyduğu an bizim üçün də məsələ bitmişdir. Ondan sonra yola davam. Seçim dövründəki və sonrasındakı müzakirələrin milli qazanclarımızın önünə keçməsinə heç vaxt icazə vermədik və vermərik”. pizza hut

Xatırladaq ki, dünən İstanbul DSK-sı Əkərəm İmamoğlunun İstanbul bələdiyyəsinin sədir seçilməsini təsdiq edərək, ona vəsiqəsini təqdim edib. Lakin hələ də YSK seçkinin yekun nəticələrini təsdqiləməyib.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!