Ərdoğandan Kılıçdaroğluna: “Sən də, yanındakılar da LGBT tərəfdarısınız”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan Kılıçdaroğluna: “Sən də, yanındakılar da LGBT tərəfdarısınız”

Siyasət

21 İyun 2023 15:07 656


"Əvvəl 6 masa deyirdi, indi 16 masa deyir". 

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun açıqlamasına münasibət bildirərkən söyləyib.

Türkiyə lideri deyib ki, onlar üçün 16 masa da kifayət deyil: "Daha da artırmaq lazımdır. Masada partnyorların təkrarlanması nəticə vermir. Bu insanlara iradə lazımdır. İş istəyir, xidmət istəyir. Yalanla heç bir yerə çata bilməyəcəksiniz. Qlobal güc mərkəzlərindən yaxşı nəticə əldə etmək üçün LGBT bəlasını qanuniləşdirməyə çalışdınız. Sən də, yanındakılar da LGBT tərəfdarısınız. Amma nə AK Partiyanın, nə MHP-nin, nə də digər üzvlərimizin belə bir problemi yoxdur".  Toyuqlu pizza

Qeyd edək ki, Kılıçdaroğlu altı yox, lazım olsa 16-lı masa quracağını açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!