Ərdoğandan onu öldürmək istəyən terrorçuya cavab

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan onu öldürmək istəyən terrorçuya cavab

Dünya

15 Mart 2019 18:49 1783


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zenlandiyada müsəlmanlara qarşı olan terrordan danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, Nur məscidinə və orada ibadət edən müsəlmanlara qarşı edilən terror hücumunu şiddətlə qınadığını bildirib. O, hadisəni törədən terrorçunun Türkiyə və özü haqda dediyi fikirlərə cavab verib: “Yeni Zelandiyada ölkəmizi, millətimizi, şəxsən məni də hədəfə alan qatilin xidmət etdiyi ideologiyanın Qərb cəmiyyətini daha sürətlə öz təsiri altına saldığı açıq-aşkar görünür.

Ölkəmi Anadolu və Qərb olaraq bölmək istəyən terrorçu və qatil var. Bunun qarşısı dərhal alınmazsa, fəlakət xəbərlərinə yenilərinin də əlavə olunması qaçılmazdır. Bütün dünyanı, xüsusilə Qərb dövlətlərini bu təhlükəli gedişə qarşı sürətli tədbirlər görməyə çağırıram. Hücum zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Dünyada artmaqda olan irqçilik və İslam əleyhdarlığının yeni bir nümunəsi kimi yaşanan bu ağrılı hadisəyə görə bütün İslam dünyası və Yeni Zelandiya xalqına ölkəm və şəxsən öz adımdan başsağlığı verirəm”.  Pepperoni pizza

Qeyd edək ki, bu gün Yeni Zelandiyada məsciddə törədilən terror aktı nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb.

Terrorçu hadisədən əvvəl yaydığı açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkeli ölümlə hədələyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!