“Qurban bayramında Ermənistan baş naziri Nikol Paşinyanla çox konstruktiv telefon danışığı apardıq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında çıxışı zamanı bildirib.
Ərdoğan qeyd edib ki, Ermənistan prosesləri doğru oxuyaraq Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməlidir: pizza
“Bu olarsa, bölgəmizin qısa müddət ərzində sabitliyə qovuşacağına inanıram. Biz bu tarixi fürsətin əldən çıxmaması üçün çalışırıq. Bu günədək Azərbaycanla birgə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən, Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik”.
Telegram kanalımız