Ərdoğandan qadınlara erkən pensiya müjdəsi 

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan qadınlara erkən pensiya müjdəsi 

Siyasət

06 May 2023 13:18 765


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkiöncəsi milyonlarla evdar qadın və analara erkən pensiya və edib. 

Bakupost.az xəbər verir ki, seçkilərdən sonra qüvvəyə minəcək hüquqi tənzimləmələrlə milyonlarla evdar qadın və analar həm sosial təminat alacaq, həm də pensiya hüququ qazanacaqlar.

Hakim AKP-ninseçki manifestində yer alan “Ailə Qoruma Qalxanı” paketi 4 mərhələ üzrə həyata keçiriləcək. pizza hut

Birinci mərhələdə sığortası və ya işləmək imkanı olmayan evdar qadınlar sosial təminat və pensiya ilə təmin ediləcək. Onlar üçün hər ay sığorta haqlarının üçdə birini dövlət ödəyəcək.

İkinci mərhələdə sosial təminat və pensiya hüquqları evdar analar üçün daha əlverişli olacaq. Onlar uşaq sayına görə erkən pensiyaya çıxa biləcəklər. Qadınlar sosial təminat və pensiya almaqla yanaşı, səhiyyə xidmətlərindən pulsuz yararlana da biləcəklər. Sosial təminatdan təkcə özləri deyil, onların himayəsində olanlar da faydalana bilər.

Üçüncü mərhələdə işləyən analara pensiya ilə yanaşı mükafat dəstəyi veriləcək.

Son addım isə analıq məzuniyyəti ilə bağlıdır. Sığortadan əvvəl doğulan uşaqlar üçün doğum borcu yaranacaq və sığorta haqqının qazanılması istiqamətində işlərə başlanılacaq. Analar üçün hər il mükafatlarına müəyyən məbləğ əlavə olunacaq. Burada meyar uşaqların sayı olacaq. Həmçinin, əvvəllər işləmiş, müəyyən bonusu olan və ya hələ də işləyən analar üçün üstünlük daha çox olacaq.

Bunlarla yanaşı anaların part-time iş sistemi genişləndiriləcək. Çevik iş saatları və məsafədən işləmə modelləri tətbiq ediləcək. Beləliklə, analar həm iş həyatında iştirak edə, həm də uşaqları ilə daha çox vaxt keçirə biləcəklər.

Bundan əlavə, işləyən analara baxıcı dəstəyi veriləcək. Baxıcıların maaşını dövlət ödəyəcək. Bu yolla bir çox baxıcı qadın üçün də iş imkanları yaradılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!