Ərdoğanın “ölüm xəbəri”ni kim və niyə yayıb?   - “Türkiyəyə qarşı hazırlanmış planın tərkib hissəsidir”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın “ölüm xəbəri”ni kim və niyə yayıb? - “Türkiyəyə qarşı hazırlanmış planın tərkib hissəsidir”

Siyasət

03 Noyabr 2021 19:06 5259


"Günlərdir Ərdoğanın səhhəti ilə müxtəlif xəbərlər, bunu “sübut” edən görüntülər tirajlanır. Və nəhayət, dünən “ölüm xəbəri”nin yayılması göstərdi ki, məsələ hansısa qrup(lar)un özfəaliyyəti yox, Türkiyəyə qarşı kampaniyadır".

Yenisabah.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O, bildirib ki, Qərb – ABŞ AKP hakimiyyəti ilə işləmək istəmir və qərbyönümlü müxalifəti iqtidara gətirmək üçün 2023-cü ildə keçiriləcək parlament və prezident seçkilərinin tezləşdirilməsinə - növbədənkənar seçkilər keçirilməsinə çalışır: Sezar pizza

"İqtisadi şərtlərin çətinləşməsi buna daxili zəmini formalaşdıra bilər. Prezidentin səhhəti və ölümü ilə bağlı yanlış informasiyaların tirajlanması da türk lirəsinin dəyər itirməsindən tutmuş, kapitalın ölkədən qaçmasına qədər iqtisadi itkilərə səbəb olur. Hətta seçkilər vaxtında keçirilsə belə, bu cür kampaniyalar Türkiyəyə qarşı hazırlanmış planın tərkib hissəsidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!