Ərdoğanın rəqibi kim olacaq? - Martın 6-da açıqlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın rəqibi kim olacaq? - Martın 6-da açıqlanacaq

Siyasət

05 Mart 2023 07:29 589


Türkiyənin müxalif partiyalarından ibarət Millət İttifaqının görüşü keçirilib.

Yenisabah.az bildirir ki, görüşdən sonra ortaq açıqlama yayılıb.

Açıqlamada vahid namizədin bazar ertəsi, martın 6-da elan olunacağı bildirilib. pizza

Xatırladaq ki, "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

Bu gün Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri ‎Gültekin Uysal qatılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!