Türkiyənin müxalif "Millət İttifaqı"na daxil olan Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu vahid namizədlə bağlı yeni açıqlama verib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya sədri ittifaqın vahid namizədinin sabah müəyyən ediləcəyini deyib.
"Namizədimizi sabah təyin edəcəyik, amma daha sonra, başqa tarixdə açıqlayacağıq", - deyə o bildirib. Dominos pizza
Qeyd edək ki, seçkilərin növbədənkənar qaydada 14 mayda keçirilməsi gözlənilir.
Telegram kanalımız