Səudiyyə Ərəbistanının şimal və qərb rayonlarında kəskin hava şəraiti ilə əlaqədar son iki gündə 12 nəfər həlak olub.
7 nəfər, o cümlədən bir əcnəbi vətəndaş Mədinə şəhərində şiddətli yağıntılar nəticəsində yaranmış daşqınların qurbanı olub.
Bundan başqa, həmin şəhərdə iki azyaşlı uşaq suvarma kanalında boğulub. Sezar pizza
Şiddətli yağıntılarla əlaqədar bölgədəki məktəblərdə dərslər də dayandırılıb.
Trend
Telegram kanalımız