Səudiyyə Ərəbistanı yalnız koronavirus əleyhinə peyvənd almış şəxslərin müqəddəs Ramazan ayında Ümrə ayinlərini yerinə yetirməsinə, Məkkədəki Məscidül-Haramda və Mədinədəki Peyğəmbər məscidində namaz qılmasına icazə veriləcəyini bildirib.
Yenisabah.az “IRNA”-ya istinadla xəbər verir ki, icazə iki dozalı koronavirus peyvəndi vurulmuş, peyvənddən sonra 14 gününü sağlam keçirən və ya xəstəlikdən tam qurtulanlara şamil olunacaq.
Keçən ilin oktyabr ayında Səudiyyə Ərəbistanı yeddi aylıq fasilədən sonra ilk dəfə Məscidül-Haramı ibadət edənlərin üzünə açıb və koronavisrusun qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərin azaldılması ilə Ümrə ayinləri bərpa edilib. Həcc ayini isə təxminən 10 min zəvvarla məhdudlaşdırılıb. Dördpendirli pizza
Son həftələrdə Səudiyyə Ərəbistanında virusuna yoluxanların sayında artım görünür. Ölkədə indiyədək 390.000-dən çox insan ona yoluxub, 6.799 nəfər ölüb.
Telegram kanalımız