Ərəbistanın üç şəhərinə özəl uçuşlar olacaq

saytların hazırlanması

Evə çatdırılma

Ərəbistanın üç şəhərinə özəl uçuşlar olacaq

Sosial

19 Aprel 2019 21:29 706


Bu günlərdə “Azərbaycan Hava Yolları”nın Ər-Riyadda keçirilmiş “Azərbaycan şahinin gözü ilə” təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, bu böyük tədbirin ilk nəticəsi kimi AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru “PASHA Travel” ilə tərəfdaşlığını elan edib.

“PASHA Travel” təqdimatda bəyan edilən altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək: pizza hut

• Bakı -Dammam- Bakı – cümə günləri (iyunun 7-dən etibarən);

• Bakı- Ər-Riyad- Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);

• Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);

Xatırladaq ki, AZAL həmçinin Səudiyyə Ərəbistanının aşağıdakı şəhərlərinə birbaşa aviareyslər yerinə yetirəcək. 

• Bakı-Ciddə-Bakı - bazar ertəsi günləri (aprelin 8-dən etibarən);

• Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);

• Bakı-Burayda (Əl-Qassim)-Bakı – (cədvəl dəqiqləşdirilir)

Qeyd edək ki, AZAL və “PASHA Travel”ı  2017-ci ildən bəri uzunmüddətli uğurlu əməkdaşlıq bağlayır. Səudiyyə Ərəbistanına yeni reyslərlə yanaşı, cari ildə birgə birbaşa çarter reysləri həmçinin iyunun 20-dən sentyabrın 12-dək Tivata (Monteneqro) yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın (23 kq-dək) pulsuz daşınması və isti yeməklər və soyuq qəlyanaltıların tam çeşidi daxildir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!