Səudiyyə kanalı "MBC" fəaliyyət göstərdiyi ölkələrdə ən çox izlənilən seriallar içərisində türk serialları öndə olsa da, ötən il onları yayımdan qaldırılıb.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, kanal daha bir qalmaqala imza atıb. Belə ki, Məmlüklərin son dönəmindən bəhs edən serialda Osmanlı imperiyası "işğalçı" kimi təqdim olunub.
Serialın rejissoru Yasər Hareb sosial şəbəkədə serialın frqamanını yayımlayaraq Osmanlı imperiyasını “işğalçı dövlət” adlandırıb. pizza hut
Xatırladaq ki, deputat Araz Əlizadə də bir neçə gün bundan öncə Osmanlı imperiyası haqqında sərt fikirlər səsləndirmişdi. O, İTV-də yayımlanan “3D” proqramının qonağı olarkən Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırmış, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia etmişdi.
Əsmətxanım
Telegram kanalımız