İstanbulun Bağcılar rayonunda bir qadın şiddətə məruz qaldığı həyat yoldaşından yaxa qurtarmaq üçün birinci mərtəbədəki evlərinin pəncərəsindən özünü atıb.
Yenisabah.az xəbər verir ki, hadisə gecə saat 02:30 radələrində Günəşli məhəlləsində baş verib. Tibb işçilərinin hadisə yerində etdikləri ilkin müdaxilədən sonra qadın təcili yardımla xəstəxanaya yerləşdirilib. Asfalta yola düşən qadının ayaq və qollarında qırıqların olduğu müəyyənləşib.
Telegram kanalımız