Teleaparıcı Kseniya Sobçak NTV-nin studiyasından getməsinin səbəbini açıqlayıb. O, bunu öz şəxsi həyatını efirdə müzakirə etmək istəməmsi ilə izah edib.
"Canlı efirdə Ukrayna ilə bağlı müsahibəyə razılaşmışdıq. Efirə hazırlaşırdım, orada isə sanki boks rinqi vardı, iki boksçu və dava barədə uzun-uzadı danışıqlar".
Aparici qeyd edib ki, studiyadan getməsi təbii idi, çünki aparıcıların davranışı qəzəb doğurudu. NTV-dən isə bildiriblər ki, Sobçakı davanı şərh etmək üçün studiyaya dəvət ediblər: "Sobçak qrim otağında qalmaqal yaratdı. Həyat yoldaşı Maksim Vitorqan və rejissor Konstantin Boqomolovun davası barədə süjet onun xoşuna gəlmədi və o, studiyanı tərk etdi". (Teleqraf.com) pizza sifarişi
"Yeni Sabah" bildirir ki, bir neçə gün əvvəl Kseniya Sobçakın həyat yoldaşı Maksim Vitorqan onu xəyanət üzərində yaxalayıb. Kseniya Sobçak gizli eşq yaşadığı deyilən rejissor Konstantin Boqomolovla restoranda yemək yeyərkən, həyat yoldaşı ora daxil olub və mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrildikdən sonra restoran əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb.
Davadan sonra Maksim Vitorqan həyat yoldaşı və sevgilisini orada qoyaraq, restoranı tərk edib. Lakin əsəbləri soyumayan Vitorqan yumruqla burnunu qırdığı Boqomolovu haqq-hesabı küçədə davam etdirməyə çağırıb. Hadisənin video-görüntüsü rezonansa səbəb olub. Hadisə “Kseniya həyat yoldaşına xəyanət etdi” başlığı ilə gündəmə çıxarılıb.
Telegram kanalımız