Ermənilər sosial şəbəkələrdə azərbaycanlılar və çeçenlər arasında Moskvada baş verən insidenti gərginləşdirməyə səsləyiblər. Onlar bir-birilərini qarşıdurmanın hər iki tərəfi adından təhqiredici şərhlər yazmağa çağırıblar. Çox aydın və dəqiq addımlar atmalıyıq. “Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq”-deyə ermənilər sosail şəbəkələrdə paylaşımlar ediblər. Bu arada Azərbaycanın Moskvadakı səfirliyi də baş verən insidenti diqqətdə saxlayır.
Ermənilər yenə də nifaq toxumu səpməkdə davam edirlər. Belə ki, Moskvada azərbaycanlı və çeçenlər arasında baş verən qarşıdurmadan sonra ermənilərin sosial şəbəkələrdə fəallaşması müşahidə edilir.
Belə ki, onlar saxta profillərlə təhqirlər yazaraq azərbaycanlılar və çeçenlər arasındakı insident daha da genişləndirmək üçün dəridən qabıqdan çıxırlar. Maraqlı məqam isə ondan ibarətdir ki, bunları təşviq edən şəxslərdən biri Ermənistan parlamentinin hazırki deputatı Abram Abovyandır. Dördpendirli pizza
Belə ki, Ermənistan parlamentinin üzvü, Çiçəklənən Ermənistan fraksiyasının millət vəkili Abram Abovyan öz facebook səhifəsində paylaşım edərək Azərbaycanlılarla-Çeçenlər arasında olan insidentin ermənilər üçün bir fürsət olduğu bildirib.
xezerxeber.az
Telegram kanalımız