Erməni dostu üçün Azərbaycanda çəkiliş etdi

saytların hazırlanması

Evə çatdırılma

Erməni dostu üçün Azərbaycanda çəkiliş etdi

Rəsmi

03 Mart 2019 17:39 1190


Tərtərdə videoçəkiliş aparan Rusiya vətəndaşı saxlanılıb.

Hadisə rayonun Bəyimsarov kəndində baş verib. Kənddə çəkiliş aparan Rusiyanın Krasnodar vilayətinin sakini İdiqov Alu Alamaxmadoviç polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, Naftalan şəhərində sanatoriyada olan İ.A.Alamaxmadoviç video və foto çəkilişlərini erməni dostu üçün edib. İ.A. Alamaxmadoviç polisə ifadəsində bildirib ki, onunla eyni şəhərdə yaşayan erməni dostu anasının Qarabağ müharibəsindən əvvəl orda yaşadığını, indi kəndi və evini görmək istədiyini deyib. O, telefonundakı xüsusi proqram vasitəsilə Tərtərə gələrək kəndi və həmin evi tapıb. Dominos pizza

Polis araşdırmadan sonra videoçəkilişləri silib, İ.A.Alamaxmadoviç bundan sonra sərbəst buraxılıb.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!