Erməni generalın harın oğlu silah çıxardı

Erməni generalın harın oğlu silah çıxardı

Hadisə Veb saytların hazırlanması

06 Sentyabr 2019 07:32 1666


Ermənistanda general Manvel Qriqoryanın oğlu atışmada iştirak edib.

Erməni KİV-nin verdiyi xəbərə görə, Armavir vilayətində iki sürücü arasında münaqişə yaranıb. Onların heç biri o birinə yol vermək istəməyib. Nəticədə general oğlu atəş açıb.  

İnsident 30 yaşlı Koryun X. ilə 26 yaşlı Ara Q. arasında baş verib. Mübahisə zamanı Ara tapança çıxararaq, Koryuna tərəf atəş açıb, sonuncu, hadisə yerindən uzaqlaşa bilib. 

Bundan sonra Ara Q. də "Hyundai" markalı avtomobili ilə aradan çıxıb. 

Polis general oğlunu saxlayıb. Ara Q. "Kimar" markalı qaz tapançasını asayiş keşikçilərinə təqdim edib. Axtaış zamanı onun üzərindən bıçaq da tapılıb.

Mənbənin verdiyi xəbərə görə, Ara Q. Ermənistan parlamentinin sabiq deputatı, general Manvel Qriqoryanın oğludur. 

Ara Q. şəhəri tərk etməməklə bağlı iltizam imzalyıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!