Erməni nazirdən Azərbaycana hədə - “Zakir Həsənov sərt cavab verməlidir”

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazirdən Azərbaycana hədə - “Zakir Həsənov sərt cavab verməlidir”

Siyasət

26 Fevral 2019 20:14 1733


“Ermənistanın müdafiə naziri David Tonoyan Xocalı qurbanlarını andığımız gün bizi hədələyib. Tonoyan deyib ki, müdafiədənsə hücuma üstünlük vermək lazımdır. “Biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə, biz ləngiyən deyilik” deyən Tonoyan Azərbaycana açıq-aşkar hədə qorxu gəlir. Yəni o demək istəyir ki, növbəti toqquşmada işğal etdiiymizdən daha artığını işğal edəcəyik”.

“Yeni Sabah” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Azərbaycanın ünvanına edilən bu hədə cavabsız qalmamalıdır:

“Müdafiə nazirimiz Zakir Həsənov Tonoyana anladığı dildə sərt cavab verməlidir. Necə ki, vaxtilə erməni genarallardan biri “Mingəçevir su elektrik stansiyasını vura bilərik” hədəsinə qarşı Bakıdan İrəvana “biz də Metsamor atom elektrik stansiyasını darmadağın edərik” cavabı ünvanlanmışdı.Bununla da Mingəçevir söhbətini bir daha dillərinə gətirmədilər. Doğrusu, bilmirəm cavab nə şəkildə olacaq və ya olacaqmı? Ancaq ən azı Bakıda yüksək səviyyədə Tonoyana xatırladılmalıdır ki, əgər özünün dediyi kimi o Ermənistanın iqtisadi və demoqrafik imkanlarının Azərbaycandan geri qaldığını etiraf edirsə, müharibənin nəticəsini də bu gerilməyə uyğun hesablamalıdır. Dördpendirli pizza

Toroyana deyilməlidir ki, siz 2 milyonsuzsa, biz 10 milyona yaxınıq və ağlınız Azərbaycanda 1990-ların xaos illərinə getməsin. Bu dəfə müharibə tək Qarabağı əhatə etməyəcək, Dağlıq Qarabağdakı döyüşlərin üstünə Naxçıvan, Qazax, Tovuz, Gədəbəy, yəni hardan mümkündürsə, zərbələr endiləcək. Siz hansısa istiqamətdən hücuma keçəcəksinizsə, biz həmin yerdə müdafiə olunub, başqa yerlərdən hücuma keçəcəyik. Total xarakter daşıyacaq bu dəfəki müharibəni işğala son qoyulmayana qədər dayandırmaq da mümkün olmayacaq. Bunları Tonoyanın və erməni cəmiyyətinin diqqətinə çatdırmaq lazımdır”.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan XİN-in “nazirlərin görüşünə hazırlıq gedir” kimi yumşaq açıqlamalarının əvəzinə, Azərbaycan Müdafiə Nazirliyinin sərt açıqlamalarına ehtiyac var:

“Tonoyan da anlayır ki, Azərbaycan milyardlarla dollar silahı və hərbi texnikanı anbarlarda saxlamaq üçün almır, onlardan istifadə olunacaq. Bunun qarşılığında əlacsız qalan Toroyan yalnız bunu deyir: “Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək”. Miqdara üstünlük vermək üçün pulun olmalıdır, o da yoxdur. Ermənistanı qurtaran Rusiyanın peşkəş verdiyi raketlər və qırıcı təyyarələrdir. Təsadüfi deyil ki, Tonoyan Ermənistanın bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 yeni qırıcı təyyarə alacağını bildirib. Bu ikibaşlı ifadədir. Tonoyan bizə Rusiyanın kimin yanında olduğunu xatırladır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!