Erməni nazirin müharibə bəyanatı ilə bağlı Bakıda təcili toplantı

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazirin müharibə bəyanatı ilə bağlı Bakıda təcili toplantı

Rəsmi

01 Aprel 2019 19:02 2405


Qarabağ Komitəsi (QK) Ermənistanın müdafıə naziri David Tonoyanın Azərbaycana müharibə bəyanatı ilə bağlı təcili toplanıb. Komitə KXCP-nin qərargahında növbədənkənar iclas keçirib.

Bununla bağlı "Yeni Sabah"a açıqlama verən Ağ Partiya başqanı Tural Abbaslı qeyd edib ki,  QK-dəki çıxışçılar bu bəyanatı müharibə elanı kimi dəyərləndirib:

"İclasda belə həyasız bəyanata dərhal və yubanmadan dövlətin və ordunun cavab verilməli olduğu vurğulandı. Səsləndirilən  təkliflərdən biri də ondan ibarət oldu ki, dərhal səfərbərlik elan olunsun və QK-i üzvləri də ilk sırada könüllü şəkildə döyüşlərdə iştirak üçün rəsmi şəkildə müraciət etsin. Şəxsən mən təklif etdim ki, Azərbaycan prezidenti Ermənistan rəhbərliyi ilə danışıqlardan imtina etsin və xalqa müraciət edərək müharibə elan etsin". Sezar pizza

T.Abbaslı iclasda səsləndirilən tələblərdən də söz açıb: "Tələblərimizdən bir neçəsi bunlardır: Azərbaycan XİN dərhal istefa versin; Azərbaycan rəsmi şəkildə danışıqlardan imtina etsin; Hərbi səfərbərlik elan olunsun və komitə üzvləri də rəsmi şəkildə müraciət etsin; Dünya Azərbaycanlılarına və xalqa müraciət edilsin və dövlət Qarabağ məsələsini həll etmək gücündə deyilsə, özünmüdafiə batalyonları yaradılsın; QK-nin növbəti iclasında mitinq günü müəyyən edilsin".

Qeyd edək ki, erməni müdafiə naziri martın 30-da Amerikada verdiyi bəyanatda bildirib ki, rəqibin (Azərbaycan) yeni ərazilərini ələ keçirmək üçün hərəkətə keçərək, hücum bölmələrinin sayını artıracağıq.

Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!