“Erməni qızı rusun bir yerinə sarılıb...“   - “Çıxmadıqları hoqqa qalmayıb“

saytların hazırlanması

Evə çatdırılma

“Erməni qızı rusun bir yerinə sarılıb...“ - “Çıxmadıqları hoqqa qalmayıb“

Siyasət

16 Noyabr 2021 10:54 3488


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsində son günlər baş verən hadisələr bir sıra eskpertlərlə yanaşı, siravi vətəndaşlar tərəfindən də birmənalı qarşılanmayıb. 

Ermənistanın eks Müdafiə naziri Arşak Karapetyanın Qarabağa səfəri, müxalifət liderləri Serjik Sarkisyan və Robert Koçaryanın bölgəyə qanunsuz gəlməsi və son olaraq da Xocalıda yerləşən Rusiya sülhməramlılarının hərbi şəhərcəyində heykəllərin qoyulması əsəbləri tarıma çəkib.

Bölgədə nələr baş verir? Rusiya niyə özünü sülhməramlı kimi aparmır? Dominos pizza

Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov vurğulayıb ki, Rusiya sülhməramlıları müvəqqəti yerləşdiyi ərazilərdə çox böyük hoqqalardan çıxırlar:

“Hoqqalardan biri də, qoyduqları o heykəldir. O heykəl nədir orada? Erməni qızı gəlib, çox üzr istəyirəm, sarılıb rusun bir yerinə, guya ondan imdad diləyir. Birincisi, bunun özü bir təhqirdir. İkincisi, Xocalıda onların tikdiyi kilsə kimə lazım idi və ümumiyyətlə onlar nə öz başınalıqla məşğuldurlar? O həmin Xocalı ərazisidir ki, 366-cı rus alayı vaxtilə Yuri Zerquqarov və Seyran Ohanyanın rəhbərliyi altında orada Azərbaycan vətəndaşlarının, günahsız insanların qanını töküblər”.

Mütəxəssis qeyd edib ki, baş vermiş hadisə onu deməyə əsas verir ki, bu Rusiyanın öz əməlidir:

“Bu birinci dəfə deyil. Son günlər ermənilərin aktivləşməsi onu deməyə əsas verir ki, onlara göstəriş Moskvadan verilib. Sabiq Müdafiə naziri Arşak Karapetyanın Azərbaycan əraizlərinə gəlməsi, terrorçubaşı Arayik Arutyunyanın öz “vətəndaşlarını” silahlanmaya səsləməsi və onun “Rusiya bizə hər cür hərbi və mənəvi dəstək verir” deməssi narahatlıq üçün ciddi əsas sayəla bilər. Hərbi odur ki, Rusiya onlara silah-sursat verir, mənəvi dəstək də odur ki, nə istəyirsiniz edin, biz sizin arxanızdayıq”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Бахман
    Xolcalıda 366 alayın törətdiyi cinayətin tamamını ermənilərin üstünə "yüklədik" ancaq bu cinayətin cavabını ruslardan tələb etməliydik..əgər ermənistan adlanan bölgədə ruslar söz sahibidirlərsə məsuliyyət də onlara aiddir..bizim rusbaşlar və manqurtlar rusları ilahi kimi qəbul edirlər..ona görə də rusların bütün cinayətləri ermənilərin çiyninə qoyulur
    5 years ago