Ermənilər Ağdamda uşaqları atəşə tutdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Ağdamda uşaqları atəşə tutdu - Foto

Rəsmi

25 Aprel 2019 14:07 1148


Ermənistan Silahlı Qüvvələri cəbhədə atəşkəs rejimini kobudcasına pozaraq dinc əhaliyə atəş açıb. 

İşğalçı ordunun bölmələri dünən Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub. Düşmən bu dəfə də dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar isə azyaşlı kənd sakinləri olub.

Əldə olunan məlumata görə, atəşə məruz qalanların ən böyüyü 13 yaşlı, ən kiçiyi isə 4 yaşlı qız uşaqları olub. Onlar öz qapılarının ağzında düşmənin atıcı silahlarının atəşinə məruz qalıb. pizza

Səhhətində problem yaranan uşaqlardan biri xəstəxanaya aparılıb.  13 yaşlı Məmmədova V. Yasin qızının valideynləri Ağdam rayon təcili tibbi yardım stansiyasına müraciət edib. 

Bundan sonra kəndə gələn həkim briqadası uşağa ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya aparıblar. 

Xəstəxanada tam müayinə edilən azyaşlı kənd sakini evə buraxılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Ordu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!