Ermənilər Azərbaycan vətəndaşını saxlayıblar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Azərbaycan vətəndaşını saxlayıblar

Siyasət

16 Mart 2019 16:20 837


Erməni hərbçilər Qazax rayon sakini Elvin İbrahimovu saxlayıblar.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin məlumatına görə, gecə saat 01:30-da Ermənistanın şimal-şərqində sərhəd zonasında gözə dəyən sərhəd pozucusu hərbçilərin tabe olmaq tələbinə məhəl qoymayıb. Sərhədçilər atəş açaraq onu ayağından yaralayıblar. O, tibb müəssisəsinə aparılıb.

Sənədlərə görə, həmin şəxs Azərbaycanın Qazax rayonunun sakini Elvin Arif oğlu İbrahimovdur (1986-cı ildə anadan olub). Ermənistan Milli Təhlükəsizlik Nazirliyi fakt üzrə cinayət işi qaldırıb. Dördpendirli pizza

Azərbaycan Hərbi Əsirlər və Girovlar üzrə Dövlət Komissiyası hələlik məlumatı şərh etmir. Qazax Rayon İcra Hakimiyyətində də məsələ ilə bağlı məlumat yoxdur.

Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!