Ermənilər Bülbülün ev muzeyini də viran qoyub -   Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Bülbülün ev muzeyini də viran qoyub - Video

Mədəniyyət

18 Noyabr 2020 12:03 1566


Hərbçilərimiz Şuşa şəhərində - Bülbülün ev muzeyində olublar.

Yenisabah.az xəbər verir ki, yayılan  görüntülərdə muzeyin eksponatlarının məhv edildiyi, evin odun anbarı kimi istifadə edildiyi aydın görünür. Bundan əlavə Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınıb.

Qeyd edək ki,  1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən ev muzeyi  iki otaq və eyvandan ibarət idi. Bülbül həmin evdə anadan olub və uşaqlıq illərini orada keçirib. Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. pizza

Bülbülün ev muzeyinin əvvəlki və işğaldan sonrakı görüntülərini təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!