“Ermənilər bunu etsə, sərhədçilərimiz hərəkətə keçəcək” - İrəvanda ara qarışdı

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər bunu etsə, sərhədçilərimiz hərəkətə keçəcək” - İrəvanda ara qarışdı

Rəsmi

27 Aprel 2023 12:36 17523


Ermənistanın “Hraparak” nəşrinin verdiyi məlumata görə, ötən gün Rusiya sülhməramlılarının sabiq və hazırkı komandanı general-mayor Andrey Volkovla general-polkovnik Aleksandr Lentsov Azərbaycan tərəfindən 2 rəsmi şəxslə Həkəri körpüsü üzərində qurulan nəzarət-buraxılış məntəqəsi ilə bağlı danışıqlar aparıb. Rusiya sülhməramlılarının adı açıqlanmayan daha bir nümayəndəsinin də iştirak etdiyi görüş 3+2 formatında təşkil olunub. 

Bundan başqa, erməni nəşri əlavə edib ki, Rusiya bölgədə yüklərin birbaşa nəzarət edilməsi məsələsində əsas rol oynamaqda meyllidir. 

Qəzet yazır ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağın dağlıq hissəsinə daxil olan yük maşınları Rusiya sülhməramlılarının birbaşa nəzarəti altında yoxlanılacaq və Azərbaycan tərəfi prosesi onlayn izləyəcək.  Dominos pizza

Bu iddiaya cavab verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli söyləyib ki, bu kimi fikirlər yalnız Ermənistanın daxili auditoriyası üçün hesablanıb. 

Partiya funksionerinin sözlərinə görə, indiki şəraitdə söhbət ərazidə Azərbaycanın sərhəd-keçid məntəqəsinin quraşdırılmasından və əraziyə daxil olan qeyri-qanuni bütün vasitələrin, həmçinin, hərbi təyinatlı yüklərin qarşısının alınmasından gedir. 

Onun fikrincə, erməni tərəfinin uydurduğu və ortaya atdığı bütün iddialar ölkənin daxili auditoriyasına istiqamətləndirilmiş fikirlərdir:

“Bəlli olduğu kimi, Ermənistan uzun müddətdir ki, konkret faktla bağlı beynəlxalq ictimaiyyətin diqqətini yanlış yerə yönəltməyə və Azərbaycana təzyiqlər təşkil etməklə prosesin qarşısını almağa çalışırdı. Amma bu niyyət baş tutmadı. İndiki şəraitdə isə daxili auditoriyanı qismən də olsa, sakitləşdirmək üçün belə düşüncə və davranış sərgilənə bilər”. 

BAXCP funksioneri prosesin irəliləmə mexanizmlərinə də toxunub:

“Konkret olaraq prosesin hansı formada izlənilməsinə gəldikdə isə bəlli olduğu kimi, ərazidə skanerin quraşdırılmasından da söhbət gedir və ola bilsin ki, artıq quraşdırılıb da. Onsuz da yüklər daxil olanda Azərbaycanın nəzarəti altından keçəcək. Prosesin onlayn, yaxud qeyri-onlayn və ya hansısa formada həyata keçirilməsi məsələnin mahiyyətini əks etdirmir.

Əgər qanun pozuntuları aşkarlanacaqsa, o zaman Azərbaycan sərhədçiləri və müvafiq qurumlar məsələyə müdaxilə edəcək. Yerdə qalanlar isə təfərrüat və ənənəvi erməni manipulyasiyasından başqa bir şey deyil”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!