“Ermənilər bunu etsələr, azərbaycanlılarla birlikdə yaşaya bilərlər”   - Mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər bunu etsələr, azərbaycanlılarla birlikdə yaşaya bilərlər” - Mühüm açıqlama

Siyasət

18 Avqust 2022 16:28 27704


“Arman Qriqoryan ifadə etdiyi fikirlərdən yalnız birində haqlıdır ki, Azərbaycan dövləti müharibədə qalib olduğuna görə şərtləri diktə edən tərəfdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

Siyasi analitik erməni politoloq Arman Qriqoryanın məlum müsahibəsinə münasibət bildirib. pizza hut

Xatırladaq ki, A. Qriqoryan öz müsahibəsində deyib:

“Azərbaycanın bu məsələdəki mövqeyi o mənada real deyil ki, 30 illik müharibə və düşmənçilikdən sonra Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olması, Azərbaycan qanunlarını qəbul etməsi çətin olacaq. Bu proses həyata keçirilərsə, ermənilər oradan qaçacaq. Azərbaycanda insanlar düşünə bilər ki, ermənilər müharibəni uduzdular, ona görə də Azərbaycan nə diktə etsə, onu qəbul etməlidirlər və Qarabağın statusu ilə bağlı heç bir tələb irəli sürmək iqtidarında deyillər. Amma bu mövqedən çıxış etsələr, sülh olmayacaq, sadəcə atəşkəslə yetinəcəklər”.

C. Əhmədli isə əlavə edib ki, biz qalib tərəf olaraq sülh şərtlərini özümüz müəyyən edirik və öz prinsiplərimiz əsasında həmin prosesin getməsini təmin edirik:

“Status məsələsinə gəldikdə isə Azərbaycan dövlətinin mövqeyi bəllidir. Azərbaycan hələ İkinci Qarabağ müharibəsindən əvvəl ermənilərin hansısa bir ayrıca status altında xüsusi bir imtiyaz sahibi olmasını qəbul etməmişdi. O ki qaldı Azərbaycan 44 günlük Vətən Müharibəsində hərbi-siyasi yollarla torpaqları azad etdikdən sonra hansısa bir statusla bağlı qarşı tərəfin tələbini yerinə yetirsin. Bu, tamamilə absurddur. Biz o torpaqları ona görə azad etməmişik ki, həmin ərazidə barmaqla sayılacaq qədər hansısa bir etnosa xüsüsi bir imtiyaz verək. Xeyr, bu, belə deyil. Azərbaycan minlərlə şəhid verərək o torpaqların azadlığa qovuşmasını təmin edib. Təbii ki, belə olan halda qarşı tərəf məğlub olaraq Azərbaycanın irəli sürdüyü şərtləri birmənalı şəkildə yerinə yetirməlidir”.

Müsahibimiz deyib ki, status məsələsi qətiyyən gündəmdə ola bilməz:

“Bu, Azərbaycan üçün qəbuledilməzdir. Yalnız Azərbaycan və Ermənistan dövlətləri bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsi imzalana bilər. Əgər Ermənistan dövləti status məsələsindən tutub yapışıbsa, demək ki, sülh müqaviləsinin imzalanması bir o qədər çətinliyə düşür.

Qısacası, Azərbaycan öz ərazilərində yaşayan və təxminən sayları 20-25 min civarında topluma xüsusi bir status verməyəcək. Azərbaycan ərazisində erməni etnosundan da çoxsaylı digər millətlər yaşayır və onların hər hansı bir statusu yoxdur. Onların hər biri dostluq və mehribançılıq şəraitində birgə yaşayırlar. Ona görə də erməni etnosunun nümayəndələri də Azərbaycanın vətəndaşlığını qəbul etdikdən sonra bizimlə birlikdə yaşaya bilər. Onların hansısa bir narahatlıq keçirməyinə ehtiyac yoxdur. Çünki kənardan Qriqoryan kimilərinin irəli sürdüyü təxribatçı fikirlər hadisələrin qızışdırılmasına, bir növ sülh prosesinin sabotaj olmasına xidmət edir. Onlar bu cür manipulyativ bəyanatlar verməklə Qarabağda yaşayan ermənilərin beynini qarışdırmaq istəyirlər. Bununla da daimi sülhün bərqərar olmasına maneəçilik törətməyə çalışırlar”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!