Ermənilər Cəbrayılda tarixi abidələri dağıdaraq, həmin yerlərdə təsərrüfatla məşğul olublar - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Cəbrayılda tarixi abidələri dağıdaraq, həmin yerlərdə təsərrüfatla məşğul olublar - Foto

Rəsmi

08 Oktyabr 2020 22:57 1674


Ermənistanın hərbi təcavüzü nəticəsində Cəbrayıl şəhərində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb.

Düşmənin həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyəti həyata keçirdiyi “Azersky” peyki vasitəsilə əldə olunmuş təsvirlərdən məlum olub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı məlumatı “Azərkosmos” ASC yayıb. pizza mizza

Məlumatda Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyətini Azərbaycanın digər işğal altında olan torpaqlarında davam etdirdiyi bildirilir.

“Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!