Ermənilər gecə Gəncəyə raket zərbələri endirib

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər gecə Gəncəyə raket zərbələri endirib

Rəsmi

08 Oktyabr 2020 08:29 2801


Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə saat 07 radələrində Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olmuş, yaşadığı evə isə maddi ziyan dəymişdir.

Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərfindən 08.10.2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəymişdir. Toyuqlu pizza

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!