Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - Foto

Rəsmi

29 Avqust 2020 18:06 1145


Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində yeni yaşayış məntəqələri inşa etməkdə davam edir.

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal altındakı Kəlbəcər rayonunda kütləvi məskunlaşdırma və turizmin inkişafı üçün hazırlıq işləri sürətlə davam edir. Belə ki, Ermənistan Qarabağa açıqlan 2-ci yolun – Vardenis-Ağdərə yolununun Kəlbəcər rayonunun mərkəzinə qədər 27,5 kilometr hissəsi asfaltlaşdırılır.

Yolun xüsusilə dağlıq 2 yerində isə körpü inşa olunmasına hazırlıq görülür. pizza mizza

Bundan başqa, Kəlbəcərin rayon mərkəzində Avstraliya diasporunun ianəsi hesabına 15 yeni fərqi ev, Ermənistanın ayırdığı maliyyə vəsaiti hesabına isə 48 mənzildən ibarət 2 hündürmərtəbəli bina inşa edilir.

Bölgəni turizm mərkəzinə çevirməklə yanaşı, separatçı rejim rəhbərliyi Yerevanın köməyi ilə bölgəyə Livan ermənilərini köçürməti də planlaşdırır. Hazırda Kəlbəcərin rayon mərkəzində 2 minə yaxın erməni yaşayır.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!