Ermənilər NBM şokundan ayılmayıb: “Danışıqlar heç bir nəticə vermir”

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər NBM şokundan ayılmayıb: “Danışıqlar heç bir nəticə vermir”

Siyasət

29 Aprel 2023 09:12 4133


Rusiya sülhməramlı qoşunlarının komandanlığı ilə azərbaycanlılar arasında Həkəri körpüsündə quraşdırılmış nəzarət-buraxılış məntəqəsinin götürülməsi məsələsində aparılan danışıqlar heç bir nəticə vermir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib.

Erməni nəşri xatırladıb ki, Azərbaycan bazar günü Qarabağı Ermənistanla birləşdirən yolda nəzarət-buraxılış məntəqəsi, dünəndən isə pasport yoxlanışını həyata keçirməli olduqları xüsusi köşk quraşdırıb: Dominos pizza

““Artsax”da deyirlər ki, Rusiya tərəfi rusların nəzarətində olacaq keçid məntəqəsinin yanında rentgen skaner cihazlarını quraşdıracaq və azərbaycanlılar prosesi onlayn izləyəcək. Bu, indiki vəziyyətdə yeganə məqbul kompromis sayılır. Bundan əlavə, ruslarla danışıqlarda azərbaycanlılar müəyyən güzəştlərə gediblər. Məlumata görə, onlar keçid məntəqəsində rus sülhməramlılarına bəzi qeyri-vacib funksiyaların yerinə yetirilməsinə razılıq verə bilərlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!