Ermənilər niyə Xankəndini su yoluna döndərib? -   Sülhəddin Əkbərdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər niyə Xankəndini su yoluna döndərib? - Sülhəddin Əkbərdən açıqlama

Siyasət

09 İyun 2022 12:53 2316


“Erməni rəsmilərinin Qarabağa səfərlərinin özünəməxsus məqsədi var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.

O, Ermənistandan olan rəsmi şəxslərin Qarabağa qanunsuz səfərlərini şərh edib. Toyuqlu pizza

Xatırladaq ki, bu gün Ermənistanın bir sıra universitetlərinin rəhbərləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisinə yollanıb.

Bundan əvvəl isə Ermənistanın baş prokuroru Artur Davtyan Xankəndiyə gedib və separatçı rejimin “rəhbərliyi” ilə görüşüb.

Öz növbəsində, AzDP sədri bunun səbəblərini bir neçə faktla izah edib:

“Birincisi, Qarabağ Ermənistanda milli məsələdir. Xüsusən də Ermənistan elitası, eləcə də bu ölkənin siyasi-hərbi, dini və elmi dairələri üçün mühüm əhəmiyyət kəsb edir. Düşmən məcbur qalmayana qədər ondan vaz keçməyəcək.

İkincisi, daha vacib məsələ budur ki, nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), bütövlükdə Ermənistan dövlətini Rusiya yaradıb. Bu da Rusiya imperiyasının “Cənub Strategiyası”nın tərkib hissəsidir.

Azərbaycan Rusiya imperiyasından qopub müstəqilliyini elan edəndən münaqişə müharibəyə çevrildi. Bu iki faktoru unutmamalıyıq: birincisi, bu, ermənilər üçün milli məsələdir, ikincisi, Rusiya imperiyasının “Cənub Strategiyası".

Hazırda erməni əsilli Azərbaycan vətəndaşları bölgədə qalmaq istəmir və bəziləri də köçüb gedir. Erməni rəsmilər də onları ruhlandırmaq istəyir, “təhlükəsizliyiniz təmin olunacaq, sizi unutmamışıq, hərtərəfli dəstək verəcəyik” və s. Yəni əsas məsələ indiki şəraitdə onları orada qoruyub saxlamaq və Azərbaycanın əsəbləriylə oynamaqdır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!