Ermənilər odu söndürüb külü ilə oynayırlar - “Artsax” “parlamenti” İrəvanda toplaşır

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər odu söndürüb külü ilə oynayırlar - “Artsax” “parlamenti” İrəvanda toplaşır

Siyasət

18 Noyabr 2023 11:26 1035


Bir neçə gün əvvəl qondarma “Artsax” “parlament”inin “beş fraksiyası”nın üzvləri İrəvandakı separatçı rejimin nümayəndəliyinə toplaşaraq mövcud durumda necə davranacaqlarını mçüzakirə ediblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, görüşün əsas prioriteti “parlament iclası”nın yaxın vaxtlarda keçirilməsi ilə bağlı olub:  Toyuqlu pizza

“Bununla bağlı bütün “beş qüvvə” arasında siyasi konsensus var ki, yaxın vaxtlarda “Milli Məclis”in sessiyası çağırılmalı və normal iş bərpa olunmalıdır. Hazırda onlar gündəliyi müzakirə edirlər ki, növbəti mərhələdə orada hansı məsələlərin yer alması dəqiqləşdirilsin. “Deputatlar” tərəfindən Ermənistana gələn Qarabağ ermənilərinin sosial və digər problemlərinin həllinə üstünlük verilməsi də təklif olunub”. 

Uzaqgörən erməni analitiklər bu təşəbbüsü vecsiz adamların odu söndürüb küllə oynamasına bənzədiblər.  

Xatırladaq ki, sentyabr hadisələrindən sonra Ermənistana qaçan separatçı “Artsax parlamenti”nin nümayəndələri bu görüşə qədər hər hansı bir iclas keçirməyib.

Erməni analitiklərin fikrincə, qondarma “Artsax” rejiminin İrəvana pənah gətirən üzvləri ilə Ermənistan hakimiyyəti arasındakı ziddiyyətlər fonunda onların hər addımı izlənilməkdədir. Separatçı qurumun “rəhbəri” Samvel Şahramanyanın Baş nazir Nikol Paşinyan və Ermənistan hakimiyyəti haqqında səsləndirdiyi bəyanatlardan sonra isə tərəflər arasındakı gərginlik bir qədər də artıb. 

İrəvanda hesab edirlər ki, qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın 44 günlük müharibənin öyrənilməsi ilə bağlı Ermənistan parlamentində yaradılan komissiyada istintaqa dəvət edilməsi hakimiyyət tərəfindən aparılan repressiya siyasətinin təzahürüdür. 

KİV onu da əlavə edib ki, Samvel Şahramanyan 44 günlük müharibənin şərtlərini araşdıran komissiyada sonuncu dindirilən şəxs olmayacaq. 

Qəzetin məlumatına görə, bundan sonra komissiya özünü buraxmış “Artsax Müdafiə Ordusu”nun keçmiş “komandan”ı, 44 günlük müharibə iştirakçısı və müharibədən sonra ittiham olunan Cəlal Arutyunyanı da xəbərdar etmək qərarına gəlib: 

Bildirilib ki, komissiya sədri Andranik Koçaryan komissiyanın işini Cəlal Arutyunyanla yekunlaşdırmaq qərarına gəlib və komissiyanın fəaliyyət müddətinin başa çatması dekabrın əvvəlində elan olunacaq. Bundan sonra hesabat iki ay ərzində parlamentə təqdim olunacaq.

Xatırladaq ki, Şahramanyan noyabrın 24-də istintaq komissiyasına gedəcək. Ermənistan müxalifəti komissiyanın fəaliyyət müddətinin avqustda başa çatdığını, hazırkı hərəkətlərin isə səlahiyyətlərini aşdığını iddia edir.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!