Ermənilər ofisinə gəldi, Köçəryan gizləndi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər ofisinə gəldi, Köçəryan gizləndi

Siyasət

16 Sentyabr 2022 01:57 1281


Ermənistanda parlament binası önündə aksiya keçirən mitinqçilərdən bir qrupu ikinci prezident Robert Köçəryanla görüşmək üçün onun ofisinə gediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, aksiyaçılar mövcud durumdan çıxmaq üçün Köçəryanla görüşüb, fikirlərini almaq istəyiblər. Ancaq Köçəryan onlarla görüşdən imtina edib. Pepperoni pizza

Aksiyaçıları ofisin önündə Köçəryanın oğlu Levon qarşılayıb. Levon Köçəryan bildirib ki, görüşün təşkili üçün vaxt lazımdır:

“Bu gün görüş heç bir effekt verməyəcək. Sabah vətəndaşlarla necə və hansı formatda görüşün mümkün ola biləcəyi haqda informasiya veriləcək”.

Qeyd edək ki, politoloqlar Köçəryanın ölkənin mövcud durumdan çıxması üçün heç bir konsepsiyasının olmamasına görə vətəndaşların üzünə çıxmadığı haqda rəy bildiriblər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!