Ermənilər Pənahəli xanın sarayında kef edir

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Pənahəli xanın sarayında kef edir

Rəsmi

09 İyun 2019 12:04 1559


 Azərbaycanın işğal altındakı torpaqlarında  xarici düşmənlərimiz və öz hakimiyyət hərislərimizin sayəsində qondarılmış separatçı-terrorçu rejim əlində olan digər gəzməli-görməli guşələrimiz kimi Qarabağ xanı Pənahəli xanın Ağdam yaxınlığındakı qalasına da turist axınını hər il mümkün qədər gücləndirməyə çalışır. 

Şahbulaq ərazisindəki “Tiqranakert” adlandırılmış üzərində erməni bayrağı dalğalanan qala-saraydakı muzeyin  rəhbərinin sözlərinə görə, hələ yay başlanmamış erməniləşdirilmiş Azərbaycan tarixi abidəsinə turist axını  güclənib. Bu günlərdə Ermənistandan və Qarabağdan erməni məktəblilərin də  Pənahəli xanın qalasındakı muzeyə mütəmadi ekskursiyaları təşkil edilir və onlar “öz  tarixləri”ni əyani şəkildə öyrənirlər... 

Biz nəinki Qarabağı, Pənahəli xanı, onun qalasını, sarayını, hətta öz doğma sözlərimizi də unutmaqdayıq. Artıq on illərdir ki, şadlıq saraylarının üzərinə “saray” yox, “palace” yazırıq... Əsas odur ki, “Buta-palac”da, nə bilim, “Quda-palas”da kef edək, yeyib-içib başımızı itirək, iynələnək, qumarda uduzaq... Necə deyərlər, “palac”a bürün, Amerikanın, Avropanın dalınca sürün... pizza hut

Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!