Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyan Paşinyan-Əliyev görüşü ilə bağlı paylaşım edib.
"Yeni Sabah" xəbər verir ki, o, "Əliyev-Paşinyan görüşündən sonra qeyri-müəyyən situasiya yaranıb və ona görə də Ermənistan parlamentində məsələnin müzakirəsinə ehtiyac var"- deyə vurğulayıb. Zöhrabyanın sözlərinə görə, qapalı parlament iclasına təkcə Ermənistanın siyasi və hərbi rəhbərliyi yox, həm də Qarabağ separatçıları dəvət edilməlidir.
Qeyd edək ki, Əliyev-Paşinyan görüşü martın 29-da Vyanada baş tutub. Bu, tərəflər arasında ilk rəsmi görüş olub. pizza sifarişi
Telegram kanalımız