Ermənilər Qarabağa qayıdır? – Paşinyan konkret danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağa qayıdır? – Paşinyan konkret danışdı

Siyasət

25 Noyabr 2023 08:42 1236


“Qarabağdan getmiş ermənilərin geri qayıtması beynəlxalq platformalarda müzakirə olunur, lakin bu gün bu qayıdış real deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı efirdə Ermənistan vətəndaşlarının və diaspor ermənilərinin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu gün bu insanların qayıdışı real olsaydı, onlar Qarabağı tərk etməzdilər. pizza hut

“Biz onların Ermənistanda qalması və ölkəmizdən mühacirət etməməsi üçün hər şeyi edəcəyik”, - deyə Paşinyan vurğulayıb.

Ermənistan baş naziri Azərbaycanı “etnik təmizləmə” ilə şərləməkdən də çəkinməyib.

Nikol Paşinyan Qarabağdan olan ermənilərin geri qayıtmaq üçün obyektiv imkanları və istəkləri olmadığı təqdirdə tezliklə Ermənistan vətəndaşlığı üçün müraciət edəcəklərinə və ölkədə həyata tam inteqrasiya edəcəklərinə ümid etdiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!