Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı işğal altındakı 7 kənd düşmən işğalından azad olunub.
Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş Ağdərə rayonunun ərazisində yerləşən Talış, Madagiz kəndləri, Ağdərə qəsəbəsi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və ətraf kəndlərin erməni əhalisi ərazini tərk edib. Onlar Xankəndi-Gorus yolu ilə Ermənistan ərazisinə köçürülür.
Azərbaycan Ordusunun uğurları ilə bağlı təmas xəttindən nisbətən uzaq yerləşən yaşayış məntəqələri, o cümlədən Xankəndi şəhərində yaşayan ermənilər də Qarabağı kütləvi şəkildə tərk edir. Modern.az yazır ki, onların axınının qarşısını almaq üçün qondarma rejimin nümayəndələri sakinlərin bölgədən çıxacağı yollarda məhdudiyyətlər tətbiq edir. pizza sifarişi
Telegram kanalımız