Ermənilər Qarabağdan qadın və uşaqları çıxarar: Bu yeni müharibəyə hazırlıqdır?

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağdan qadın və uşaqları çıxarar: Bu yeni müharibəyə hazırlıqdır?

Siyasət

23 Avqust 2023 14:33 2401


“Ermənilərin döyüşlərə hazırlıq üçün arvad-uşağı çıxarması məsələsi, əslində, normal bir şeydir. Onsuz da biz ermənilərdən fərqli olaraq, humanist bir dövlətik və qadınlarla, uşaqlarla vuruşmuruq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) Fazil Mustafa deyib.

O, son günlər Qarabağın dağlıq hissəsini tərk edənlər arasında qadın və uşaqların çoxluq təşkil etməsi faktına, habelə separatçıların bununla yeni müharibəyə başlamaq ehtimalı haqqında səslənən fikirlərə münasibət bildirib. pizza sifarişi

F. Mustafaya görə, ermənilərin Qarabağdan bu cür çıxmağı yaxşıdır ki, əgər onlar belə bir niyyət güdürlərsə, bizə lazım olan oradakı terrorçulardır və onların başını əzəcəyik:

“Ona görə də burada narahatlıq üçün hər hansı bir əsas yoxdur və biz Qarabağla bağlı öz siyasətimizi davam etdirməliyik. Burada bizi narahat edən amil yoxdur. Biz bu məsələdən ciddi şəkildə yararlanıb oradakı terrorçuları məhv edə bilərik. Əgər bu məqsəd deyilsə və kimsə Azərbaycan ərazilərini tərk etmək istəyirsə, biz buna qarışaq bilmərik. Özümüzə aid olan məsələləri, əsasən də bölgədə suverenliyimizin bərpası istiqamətində olan məsələləri həyata keçirməliyik”.

Ehtiyatda olan polkovnik Elxan Şıxəliyev isə söyləyib ki, Qarabağda antiterror əməliyyatlarının keçirilməsi ehtimalı daim mövcuddur:

“Bu məsələlər də qarşı tərəfin davranışlarına bağlıdır. Lakin oradan çıxan insanların daha çox qadın və uşaqlar olması ilə bağlı səslənən iddialar mənə inandırıcı gəlmir.

Bölgədən çıxan insanlar isə 2 hissəyə bölünür: getmək istəyənlər və istəməyənlər. Onsuz da Azərbaycan tərəfinin təklif etdiyi məsələ ondan ibarətdir ki, kim qalmaq istəyirsə, qalsın, gedənlər də getsin. Burada heç bir problem yoxdur, öz seçimləridir”.

Hərbi ekspert əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının sonuncu iclasından sonra yeni yol xəritələri erməniləri dalana dirədi:

“Ona görə də onlar yeni seçim etməlidir. Yeni seçimlər isə bölgədə yaşamaq və getməkdir. Bu məsələdə qərarını verənlər çıxıb gedir, qərarını verməyənlər isə qalırlar. Qalanlar isə mülki əhali ilə qeyri-qanuni silahlı birləşmələrin üzvləridir. Bu qruplaşmalar da silahsızlaşmalıdırlar. Əgər etməsələr, Azərbaycan birtərəfli qaydada antiterror əməliyyatını həyata keçirəcək”.

“Qarşı tərəfin daxilindəki parçalanmanın nəticəsidir ki, artıq onlar Azərbaycanla görüşlər üçün müxtəlif səpkidə mesajlar verirlər. Biz isə istəklərimizə doğru mərhələ-mərhələ doğru irəliləyirik. Orada silahlıların olması faktı antiterror əməliyyatın keçirilməsi ehtimalını daim yüksək saxlayır.

Qısası, çıxanların çoxu ehtiyacları üzərinə gedirlər. Yoxsa ki, bilərəkdən qadınlar, uşaqlar çıxsın, kişilər qalsın, mən gedənləri bu kateqoriyaya bölməzdim”, – fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!