Ermənilər rusiyalı deputatı ölümlə hədələyirlər

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər rusiyalı deputatı ölümlə hədələyirlər

Maraqlı

22 İyul 2021 11:58 1465


Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri, Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü Leonid Kalaşnikov erməni millətçilərinin hədəfinə tuş gəlib.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, buna səbəb komitə sədrinin Azərbaycan-Ermənistan sərhədində qeydə alınan gərginliklə bağlı verdiyi obyektiv açıqlama olub.

“Nə Ermənistanın, nə də Qırğızıstanın dövlət sərhədləri pozulmayıb. Delimitasiya müharibə deyil, danışıqlar predmetidir. Bu məsələləri güc yolu ilə, hələ Rusiyanı cəlb etməklə həll etmək istəyi tam axmaqlıqdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bunun üçün yaradılmayıb”, - deyə Kalaşnikov açıqlamasında söyləmişdi. Dördpendirli pizza

Leonid Kalaşnikovun bu açıqlaması erməni millətçilərinin qəzəbinə səbəb olub. Erməni Telegram səhifələri, ekstremist VOMA hərbi qruplaşması və “Sasna Tsrer” partiyasının rəsmi nümayəndələri kommunist deputatın ünvanına ölüm hədələri səslənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!