Ermənilər snayperlərlə hərbçilərimizi hədəf aldılar - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər snayperlərlə hərbçilərimizi hədəf aldılar - Foto

Kriminal

30 Avqust 2019 07:52 1337


Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə "Yeni Sabah"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, avqustun 29-da saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki Azərbaycanın sərhəd döyüş məntəqəsi snayper atəşinə tutulub, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.  Sezar pizza

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!